Dil:

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 154a, AZ1000

Haqqımızda

istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün alternativ satış kanalları yaratmaq, bununla da kəndlərdə sosial-iqtisadi rifah halının artırılmasına, ölkədə kənd təsərrüfatının inkişafına dəstək olmaqdır. Bu məqsədlə həyata keçirilən layihələrdən biri də "Şəhərdən Kəndə" Aqroekoturizm layihəsidir.

"Şəhərdən Kəndə" layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihədir.

Layihənin məqsədlərinə daxildir:

  • Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər üçün alternativ gəlir mənbəyi yaratmaq və gəlirin mövsümiliyi problemini aradan qaldırmaqla onların sosial-iqtisadi rifah halının yaxşılaşdıırlması
  • Ailə bizneslərinin qurulmasına dəstək olmaqla kəndlərdə məşğulluq probleminin həllinə və aqrar sahibkarlığın inkişafına dəstək olmaq, kəndlilərin istehsal etdiyi məhsullar üçün alternativ satış kanallarının yaradılması
  • Xüsusilə məktəblilər, tələbə gənclər və yaşlılar olmaqla şəhər əhalisi üçün fərqli, maraqlı və sərfəli istirahət imkanlarının yaradılması
  • Alternativ ekoloji və aqrar maarifləndirmə kanallarının yaradılması
  • Ölkədə kənd turizminin inkişafı, kəndlərdən şəhərlərə və xaricə axının qarşısının alınması, ölkənin turizm baxımından cəlbediciliyinin artırılması, otel-turizm sektorunun inkişafı

Layihə çərçivəsində ölkəmizin rayon və kəndlərində fermer təsərrüfatlarında qonaqlama üçün zəruri şərait yaradılması, arıçılıq, atçılıq, üzümçülük, heyvandarlıq və digər kənd təsərrüfatı sahələrinə, o cümlədən Azərbaycanın müxtəlif səfalı yerlərinə turların təşkili həayata keçiriləcək, fermer təsərrüfatlarında qonaqlama imkanı təmin olunacaqdır. Təcrübəli bələdçilər tərəfindən idarə olunan turların iştirakçıları ölkədə olan müxtəlif kənd təsərrüfatı sahələri ilə, o cümlədən Azərbaycanın təbiəti ilə yaxından tanış olacaqlar.