Dil:

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 154a, AZ1000

Aqroekoturizm

İqlim şəraiti, təbii resurslar, kənd təsərrüfatı ənənələri və rəngarəng təbiət Azərbaycanda aqroekoturizm üçün ideal zəmin yaradır. Aqroekoturizm aktiv kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan kəndlilərə öz sahələrinə turist və ziyarətçilər cəlb edərək əlavə gəlir qazanmağa imkan verir, digər tərəfdən isə təbiətdən uzaq qalan şəhər əhalisi üçün fərqli, maraqlı, o cümlədən, sərfəli istirahət imkanları yaradır.

Şəhərin səs-küyündən və gərginliyindən, tıxaclardan və zəngli saatlardan uzaq, təbiətlə iç-içə vaxt keçirmək, torpaqla işləmək insanlarda stressi azaldır, həyat keyfiyyətini artırır.

Xarici ölkələrdə, əsasən, uşaqlı ailələr, macərapərəst insanlar, gənclər, məktəbli qrupları və  şirkət komandaları aqroekoturizmə yönəlir. Ümumiyyətlə isə, insanların fərqli istirahət imkanları arasında aqroekoturizm seçməsinin əsas səbəbi odur ki, aqroekoturizm onlara ailələri və yaxınları ilə birgə daha aşağı xərclərlə fərqli, maraqlı, həmçinin yaddaqalan istirahət etmək imkanı verir.

Aqroekoturizmin əsas alt kateqoriyalarına daxildir:

  • BnB (Bed and Breakfast - qonaqlama və səhər yeməyi)
  • Organic Stay (orqanik qonaqlama) – bütün əkilən məhsullar və turistə verilən yeməklər orqanik olur
  • Family friendly (Ailəvi qonaqlama)
  • Pet friendly (Ev heyvanlarına icazə verilir)
  • Senior stay (Daha yaşlı turistlər üçün)
  • Rural retreats (Reabilitasiya məqsədli kateqoriya) - istirahət üçün nəzərdə tutulur
  • Wine routes (Şərabçılıq turu)
  • Self Catering (Özünə xidmət)
  • Glamping (yerli əhali üçün,səs küydən uzaq kənddə piknik)